BVF-nin proqnozu: Neftin qiyməti 60 dollardan çox olmayacaq

BVF-nin proqnozu: Neftin qiyməti 60 dollardan çox olmayacaq

2021-ci ilə qədər neftin bir barel üçün dünya qiyməti 60 dollardan çox olmayacaq.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya iqtisadiyyatı üzrə (Regional Economic Outlook: Middle East and Central Asia) çərşənbə axşamı dərc edilmiş hesabatında deyilir.

BVF-in proqnozuna görə, 2021-ci ilə qədər bir barel neftin qiyməti 50 dollardan yuxarı olmayacaq. Yeni hesabatda qeyd edilir ki, 2017-ci ildə neftin orta səviyyəsi cari ildə mövcud 43 dollardan 51 dollara qədər yüksələcək.

Bununla yanaşı, BVF qeyd edir ki, bu proqnoz bir sıra ölkələrdə neft hasilatının azalması ilə əlaqədar olaraq pisləşə, eləcə də ABŞ-da neft hasilatının səmərəliliyinin artması səbəbindən yaxşılaşdırıla da bilər.

N.O.

www.oxu.az

0
5