Quba-Xınalıq yolunda qar uçqunu olub

Quba-Xınalıq yolunda qar uçqunu olub

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb.

“Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.

Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.

S.B.

0
7