Azərbaycan Qarabağ məsələsinin həlli müqabilində qaçqınları qəbul edəcəkmi?

Azərbaycan Qarabağ məsələsinin həlli müqabilində qaçqınları qəbul edəcəkmi?

Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi Antoniu Quterriş qaçqınların bütün dünyada yerləşdirilməsinin tərəfdarıdır. Belə bir təklifin Azərbaycana da ediləcəyi mümkündür, belə ki, ölkədə məcburi köçkün axını ilə iş üzrə təcrübə mövcuddur.

Oxu.Az Echo.az-a istinadən xəbər verir.

Bu gün Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyon nəfərdən ibarətdir. Ermənistandan 250 min, Dağlıq Qarabağdan isə 60 mindən çox, Azərbaycanı Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən isə 700 min azərbaycanlı vətəndaş qovulub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov daha öncə, son 24 il ərzində Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 2,5 milyon dollar xərclədiyi barədə bəyanat vermişdi.

Echo.az-a, Azərbaycan hüquq-mühafizə mərkəzinin sədri Eldar Zeynalovun dediyinə görə, Yaxın Şərqdən olan qaçqınları qəbul etmək barədə Azərbaycana da təklif ola bilər.

“İstənilən halda son ildə ərəb turistlərinin miqrasiyasını gücləndirərək, deyəsən, bizi buna hazırlayırlar. Amma Azərbaycanın Dağlıq Qarabağ kimi kontarqumenti var. İş ondadır ki, əgər qaçqın düşərgələri salınarsa, bu düşərgələr vaxtilə bizim məcburi köçkünlərimizin yerləşdiyi düşərgələrin ərazisində olacaq, bu ərazi isə təmas xəttinə yaxındır. Hərbi əməliyyatlar bərpa olunduğu halda, bu əməliyyatlar həmin regiona da təsir edə bilər”, - Zeynalov deyib.

“Əgər BMT Təhlükəsizlik Şurasının Qarabağ üzrə qətnamələrini həll etməyə yardım etsə, bu başqa, o zaman Qarabağ problemi aradan qaldırıla bilər. Bu halda cavab jesti gözlənilən və yerində olar. Amma deyəsən, biz bunu BMT-dən görməyəcəyik...”, - o deyib.

Zeynalov Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi Antoniu Quterrişin qaçqınlar problemi barədə bildiyini deyib, belə ki, o, BMT-də məhz bu sahədə çalışıb, bununla yanaşı o, Yaxın Şərq və Afrika qaçqınlarının indiki Avropada problem olduğunu görür.

“Ona görə də ondan yaxın günlərdə sülhməramlılığın fəallaşdırılması da daxil olmaqla müxtəlif təkliflər gözləmək olar. Səbəblərlə işləmək, nəticələrlə işləməkdən daha düzgün və səmərəlidir. Ərəb qaçqınlarının müxtəlif ölkələrdə yerləşdirilməsinə gəldikdə isə bu, Avropa İttifaqı tərəfindən təklif edilib. Təbii ki, qaçqınlar yerləşdirilərkən yalnız ölkənin ölçüləri nəzərə alınmayacaq (belə ki, bu baxımdan az əhalisi olan Sibiri nəzərə alsaq, ən əlverişli ölkə Rusiya olardı), həm də iqtisadi vəziyyət nəzərə alınacaq”, - Zeynalov hesab edir.

N.O.

www.oxu.az

0
6