“Qarabağ”ın rəqibi Bakıda Azərbaycan bayrağı ilə qarşılandı

“Qarabağ”ın rəqibi Bakıda Azərbaycan bayrağı ilə qarşılandı

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq PAOK artıq ölkəmizdədir.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Saloniki təmsilçisi bu gün çarter reysiylə Bakıya gəlib. Komandanı hava limanında Azərbaycan və PAOK klubunun bayraqları ilə bir qrup azarkeş qarşılayıb.

“Qarabağ” - PAOK oyunu oktyabrın 20-də, saat 21:00-da start götürəcək.

E.Ə.

0
9