Respublika Stadionu “Qarabağ” - PAOK oyununa hazırdır – FOTO

Respublika Stadionu “Qarabağ” - PAOK oyununa hazırdır – FOTO

Futbol üzrə Avropa Liqasının J qrupunda “Qarabağ”la Yunanıstan PAOK-u arasında keçiriləcək Tofiq Bəhramov adına Respublika Stadionu komandaları qəbul etməyə hazırdır.

Oxu.Az xəbər verir ki, stadionun direktoru Şamil Quliyevin Report-a verdiyi məlumata görə, bir müddətdir ot örtüyünün yararsız olması səbəbindən təmirə bağlanan mərkəzi arena tam hazır vəziyyətə gətirilib.

O bildirib ki, aramsız yağışlar yeni ot örtüyünə ziyan vurmayıb. Hazırda arenanın ot örtüyü Qəbələ şəhər stadionuna qulluq edən ingilis Filip Şarplesin nəzarətindədir.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” - PAOK oyunu saat 21:00-da başlayacaq.

S.B.

0
12