İranın hərbi gəmiləri Azərbaycana gəlib – YENİLƏNİB + FOTO

İranın hərbi gəmiləri Azərbaycana gəlib – YENİLƏNİB + FOTO

Oktyabrın 19-da İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi “Dəmavənd” və “Cövşən” gəmilərinin Bakıya dostluq səfəri başlayıb.

Oxu.Az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.

Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər oktyabrın 21-dək davam edəcək.

10:56

İran Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmi Azərbaycana gəlib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, “Dəmavənd” raket gəmisi və “Covşan” kater gəmisi Bakı buxtasına yan alıb. Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bagırov bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” raket gəmisi və “Covşan” kater gəmisi nümayəndə heyəti ilə Azərbaycana gəlib.

“Bu, sülh və dostluq səfəridir. Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, Şəhidlər xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq.

Səfər zamanı futbol yarışı da təşkil olunacaq.

Bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir”, - deyə o bildirib.

E.Ə.

0
11