"Ticari təhlükəsizlik təmin edilməlidir"- Aydın Əliyev

"Ticari təhlükəsizlik təmin edilməlidir"- Aydın Əliyev

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin  gömrük orqanlarının rəhbərlərinin VII iclası bu gün Tehranda keçirilir. APA-nın Tehran bürosunun məlumatına görə, iclasda gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarətin sadələşdirilməsi və inkişafı, qaçaqmalçılıq və qanun pozuntuları ilə  mübarizə məsələləri müzakirə olunur.

İclas iştirakçıları həmçinin elektron məlumat mübadiləsi, qanun pozuntuları və qaçaqmalçılıq üzrə məlumat bankının yaradılması kimi məsələləri də müzakirə edəcək.

Qeyd edək ki, İƏT-ə üzv ölkələrin gömrük orqanlarının rəhbərlərinin VI iclası 2006-cı ildə Bakıda keçirilib.

İƏT ölkələri arasında ötən il ticarət dövriyyəsi 845,247 mlrd. dollar təşkil edib.

Tədbirdə iştirak edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün dünyada müşahidə olunan qlobal böhranla mübarizənin vacibliyini vurğulayıb. Komitə sədri əlavə edib ki, İƏT ölkələri gömrük sahəsində əməkdaşlığı genişləndirməli, habelə ticari təhlükəsizliyi təmin etməlidir.

0
11