Qubadakı “Soyqırım memorial kompleksi”nin hüquqi statusu müəyyənləşib

Qubadakı “Soyqırım memorial kompleksi”nin hüquqi statusu müəyyənləşib

Quba şəhərində “Soyqırım memorial kompleksi”nin hüquqi statusu müəyyənləşib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Quba şəhərində “Soyqırım memorial kompleksi” Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib və büdcədən maliyyələşdiriləcək.

A.S.

0
11