Masazırda evlərin yaxınlığında torpaq uçqunu olub

Masazırda evlərin yaxınlığında torpaq uçqunu olub

“Son günlər yağan yağışların təsirindən Masazırda Mirzə İbrahimov küçəsi boyunca dik yamacın aşağı hissəsində fərdi həyət evlərinin arxasındakı istinad divarları bir neçə yerdən uçub, uçqun hadisəsi baş verib”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, Masazırda Qır gölü ətrafında sürüşmə sahəsində də aktivlik müşahidə edilir.

E.Ə.

0
14