Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber gələn həftə Azərbaycana səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat veriblər.

H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək və Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcək.

Ermənistan KİV-nin məlumatına görə, Aİ-nin xüsusi nümayəndəsi bu həftə Ermənistana da səfər edəcək.

S.B.

0
11