Dələduzluqda təqsirləndirilən sabiq hakim azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən sabiq hakim azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən o, şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Fəxrəddin Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsinin hakimi olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. F.Rzayev eləcə də bir müddət Bakı Hərbi Məhkəməsində icra şöbəsinə də rəhbərlik edib.

S.B.

0
4