Bakıda atışma zamanı güllə ABŞ səfirinin müavininin maşınına dəydi

Bakıda atışma zamanı güllə ABŞ səfirinin müavininin maşınına dəydi

Amerikalı diplomat atışma barədə polisə xəbər verib.

Badamdar qəsəbəsinin ərazisində yerləşən “Bulaq” restoranında dünən baş verən silahlı atışma zamanı iki nəfər yaralanıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik-a Bakı şəhərinin Səbail rayon Polis İdarəsində bildiriblər.

Maştaqa qəsəbəsinin sakininə məxsus restoranda 21:30 radələrində “Makarov” tipli tapançadan atəş açılıb. 

İlkin məlumata görə, restorana gələnlər arasında iri məbləğdə pul mübahisəsinə görə münaqişə yaranıb: tərəflər boc məsələsini həll etmək üçün görüşüblər. 

Samir adlı şəxs bu görüşə silahlı gəlib. O, restoranın həyətində atəş açmağa başlayıb, atışma zamanı onun tanışları yaralanıb, (yaralananlardan biri üç güllə yarası alıb, bud və döş nahiyəsindən, vəziyyəti ağırdır).

Münqaişə işitrakçıları yaralıları Nərimanov rayonu ərazisində yerləşən City Hospital xəstəxanasına aparıblar. Bakı şəhər Baş polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları bundan xəbər tutublar və Nərimanov rayon polis idarsindəki həmkarları ilə əlaqə saxlayıblar. Sonuncular tibb müəsissəsini əhatəyə alıblar və xəstələri Tibbi kliniki mərkəzə köçürüblər.  

Münaqişə nəticəsində yaralananlar Astara rayon sakini 1980-ci il təvəllüdlü Fərid Əkbərov (ağır yaralıdır) və Bakı sakini 1986-cı il təvəllüdlü Süleyman Abdullayevdir (o, sağ biləngindən yaralanıb). 

Münaqişə iştirakçıları və restoran sahibi baş verənlər haqqında polisə məlumat verməyərək, bu faktı gizlətməyə çalışıblar. 

Əgər maraqlı bir fakt olmasaydı, restoranda baş verən hadisə barədə Səbail rayon Polios idarəsində daha gec xəbər tutacaqdılar. 

Səbail rayon ərzisndə baş verən hadisədən polis idarəsinin əməkdaşları ABŞ-ın Amerikadakı səfirinin müavini Derik Hoqanın sayəsində xəbər tutublar. 

Diplomatın Chevrolet markalı avtomobili “Bulaq” restoranının qarşısında park edilib, Hoqan özü isə bu zaman evi restoranın yaxınlığında olan səfirin qonağı olub. 

İş ondadır ki, güllələrdən biri səfriliyə məxsus avtomobilə dəyib. Xöşbəxtlikdən avtomobildə olan sürücü xəsarət almayıb. 

Hadisə yerində kriminalistlər beş giliz tapıblar. Daha sonra münaqişənin səbəbkarı Samir Bakı şəhər Polis idarəsinə gələrək törətdiyi əməli etiraf edib. Hazırda fakt üzrə Bakı şəhər prokurorluğu araşdırma aparır. 

0
20