Ərdoğan İlham Əliyevə zəng etdi

Ərdoğan İlham Əliyevə zəng etdi

Oktyabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Oxu.Az-ın xəbərinə görə, Türkiyə prezidenti Azərbaycan prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

S.B.

0
12