Siyəzəndə hamilə qadını qanına qəltan etdilər

Siyəzəndə hamilə qadını qanına qəltan etdilər

Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Belə ki, rayonun Zarat kənd sakini 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

S.B.

0
17