“Qəbələ” və “Qarabağ” 2,6 milyon avro qazandı

“Qəbələ” və “Qarabağ” 2,6 milyon avro qazandı

Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar hər bir kluba UEFA-nın ayırdığı vəsait AFFA tərəfindən “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb. Apasport.az saytının məlumatına görə,  hər klub 2 milyon 600 min avro qazanıb.

Qəbələnin eyniadlı klubu 4 mərhələ keçərək buna nail olub. Ağdam təmsilçisi isə qrupa Çempionlar Liqasında uduzub, Avropa Liqasının pley-off mərhələsinə düşdükdən sonra yüksəlib.

Qeyd edək ki, komandalarımız artıq qrup mərhələsində hərəyə 2 oyun keçirib. Bu matçlarda “Qarabağ” 1 xal toplayıbsa, “Qəbələ”nin hələlik xalı yoxdu.

0
10