İlham Əliyev Valeh Ələsgərovu təltif edib

İlham Əliyev Valeh Ələsgərovu təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Valeh Ələsgərovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sənədə əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, V.Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. 2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Bundan əlavə, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci il dekabrın 2-dən Milli Məclis sədrinin müavinidir.

E.Ə.

0
8