İranın hərbi gəmiləri Bakı limanına yan ala bilmir

İranın hərbi gəmiləri Bakı limanına yan ala bilmir

İranın hərbi-dəniz qüvvələrinin “Damavand” və “Coşan” gəmiləri yağışlı havaya görə Bakı buxtasına yan ala bilmirlər.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə bildirib.

“İranın HDQ-nin gəmiləri Azərbaycanın ərazi sularında Bakı limanına yan ala bilmirlər. Pis hava şəraiti onlara Bakı buxtasına yan almağa imkan vermir”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, “Damavand” və “Coşan” gəmiləri hava şəraiti yaxşılaşan kimi yan alacaq.

A.M.

www.oxu.az

0
5