Cüdoçularımız dünya reytinqində birincidirlər – FOTO

Cüdoçularımız dünya reytinqində birincidirlər – FOTO

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Oxu.Az xəbər verir ki, “Rio-2016” Olimpiya Oyunlarının finalçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində liderliklərini davam etdirirlər. Hər iki cüdoçumuz bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlində birinci yeri tuturlar.

Avropa Oyunları və qitə çempionatının gümüş mükafatçısı Orxan Səfərov 2-ci pillədə qərarlaşıb.

66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Nicat Şıxəlizadə mövqeyini bir pillə yaxşılaşdıraraq 7-ci yerdə gedir.

İlqar Müşkiyev, Elxan Məmmədov, Məmmədəli Mehdiyev müvafiq olaraq 14-cü, 19-cu, 20-ci yeri tuturlar.

Ağır çəkili cüdoçumuz Uşangi Kokauri də reytinq cədvəlinin 20-ci pilləsindədir.

Qadın cüdoçumuz Aişə Qurbanlı isə 40-cı yerdə gedir.

A.M.

0
7