“Qarabağ”-PAOK oyununu israilli hakimlər idarə edəcək

“Qarabağ”-PAOK oyununu israilli hakimlər idarə edəcək

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ağdamın "Qarabağ" futbol klubu Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu qəbul edəcək.

Lent.az-ın məlumatına görə,  oktyabrın 20-də keçiriləcək qarşılaşmanı israilli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Alon Yefet olacaq. Ona həmyerliləri Danni Krasikov və Nissan Davidi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kiril Balikin yerinə yetirəcək. Roy Reynşreyber və Ziv Adler isə əlavə köməkçi hakimlərdir.

Hakimlərin işinə isə ukraynalı İqor İsçenko qiymət verəcək. Qarşılaşmanın UEFA nümayəndəsi isə belçikalı Rudolf Mannerts olacaq.

0
6