Rövnəq Abdullayevə yeni müşavir təyin edildi

Rövnəq Abdullayevə yeni müşavir təyin edildi

O, bundan öncə “SOCAR Turkey Energy” şirkətinin I vitse-prezidenti olub.

“SOCAR Turkey Energy” şirkətinin I vitse-prezidenti Samir Kərimov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin müşaviri vəzifəsinə təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a “SOCAR Turkey Energy”nin Kommunikasiya Departamentindən məlumat verilib.

Departamentdən bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq kapital bazarlarının yaratdığı imkanlardan istifadə etməklə, SOCAR qrupuna daxil olan qurumlar üçün əlavə dəyər yaradacaq layihələrin idarəetmə mexanizmlərinin formalaşdırılması zərurətini nəzərə alaraq SOCAR-ın beynəlxalq kapital bazarları ilə əlaqədar layihələrinin idarə edilməsi üzrə səlahiyyətlər şirkətin prezidentinin müşaviri Samir Kərimova həvalə edilib.

Qeyd edək ki, S.Kərimov 2010-cu ildən “SOCAR Turkey Energy2nin I vitse-prezidenti olub. Bundan əvvəl, ABŞ-da Hyuston mərkəzli “Universal-Pegasus Holding”də beynəlxalq biznesin inkişafı üzrə əlaqələndirici olaraq fəaliyyət göstərən S.Kərimov Şimali Amerika, Şimali Afrika, Orta Şərq, Orta Asiya və Hindistanda müxtəlif layihələrin icrası ilə məşğul olub.

Enerji sektorundakı kariyerasının təməlini ABŞ-dakı Hyuston Universitetinin nəzdində yer alan Qlobal Enerji İdarəçiliyi İnstitutunda alan S.Kərimov MBA dərəcəsini Luiziana ştatındakı MakNizi Universitetində biznes idarəçiliyi üzrə, ali təhsilini isə İstanbul Universitetinin biznes idarəçiliyi fakültəsində tamamlayıb.

0
16