Arda Turandan "Barselonada" superformans

Arda Turandan "Barselonada" superformans

Arda Turan “Barselona”nın ən çox qaçan futbolçusu olub.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu,  “Barselona”nın “Deportivo”ya 4-0 qalib gəldiyi matçın statistikası zamanı məlum olub.

Belə ki, oyunun 90 dəqiqəsini meydanda qalan türkiyəli qarşılaşmada 10, 87 km qaçıb.

“Barselona”da son 8 oyunun 6-da ilk 11-də olan Arda Turan həmin müddətlərdə 67,39 km məsafə qət edib. Bu statistikaya görə, o yalnız Piguedən geri qalır (68,47km).

0
5