AFFA Rahil Məmmədovu oyundan kənarlaşdırdı

AFFA Rahil Məmmədovu oyundan kənarlaşdırdı

AFFA-nın İntizam Komitəsi “Neftçi” klubunun heyətində çıxış edən Rahil Məmmədovu cəzalandırıb.

Oxu.Az xəbər verir ki, buna müdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə “Zirə” ilə baş tutmuş görüşdə qırmızı vərəqə alması səbəb olub.

47-ci dəqiqədə meydandan kənarlaşdırılan futbolçu növbəti tur komandasına kömək edə bilməyəcək. Üstəlik, futbolçunun qırmızı vərəqəsi kluba 200 manata başa gəlib.

Komitə son turda keçirilmiş “İnter” – “Qəbələ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 800 manat cərimələyib.

A.M.

0
5