Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saat 5:35 radələrində Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 107/a ünvanında qeydə alınıb.

Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı ailənin 6 üzvünü zəhərləyib.

Onlardan 2012-ci il təvəllüdlü Ağamalıyeva Günay, 2002-ci il təvəllüdlü Ağamalıyeva Gülnarə, 1986-cı il təvəllüdlü Ağamalıyeva Türanə, 1958-ci il təvəllüdlü Ağamalıyeva Elmira, 1982-ci il təvəllüdlü Ağamalıyev Emil və 1955-ci il təvəllüdlü Ağamalıyev Məcid dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.

E.Ə.

0
5