Prezident Avrasiya İqtisadi İttifaqına daxil olmaqdan danışdı: Heç nəyi istisna etmək olmaz

Prezident Avrasiya İqtisadi İttifaqına daxil olmaqdan danışdı: Heç nəyi istisna etmək olmaz

Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla müşahidə edir. Avrasiya İqtisadi İttifaqına daxil olmaq üçün həm iqtisadi, həm də siyasi motivasiya olmalıdır.

Oxu.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə “Sputnik”ə verdiyi müsahibəsində bildirib.

“Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqına daxil olmasını istisna etmək olmaz. Mən indiki mərhələni belə xarakterizə edərdim”, - o qeyd edib.

Dövlət başçısı hazırkı statusda özünü əmin hiss etdiyini bildirib.

“Bu mövzu ilə bağlı çoxdandır mütəxəssislər, müxtəlif dövlətlərin siyasi elitası arasında danışıqlar gedir. Belə deyim, prinsipcə indiki mövqeyimiz bizi qane edir... Ona görə də biz, hələ ki, tendensiyanı izləyirik. Əlbəttə, ittifaq cəlbedici olarsa, ora çoxlarını özünə cəzb edəcək. Odur ki, heç nəyi istisna etmək olmaz. Mən indiki mərhələni belə xarakterizə edərdim”, - Əliyev “Rusiya bu gün” BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla müşahidə edir.

“Avrasiya İqtisadi İttifaqının üzvləri ilə həm iqtisadi, həm də siyasi əməkdaşlığımız kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün bizə motivasiya olmaq lazımdır. Hazırda bu istiqamətdə işləyirik”, - Azərbaycan prezidenti qeyd edib.

İlham Əliyev ümumilikdə Bakının hazırkı vəziyyətindən razı olduğunu deyib: “Son 13 ildə biz ÜDM-nin həcmini üç dəfə artırmağa, yoxsulluq həddini 2003-cü ildə olan 49%-dən bu il 5% həddinə endirməyə müvəffəq olmuşuq. Yoxsulluq sosial məhfum kimi artıq mövcud deyil.

İşsizlik də artıq 5%-ə enib, valyuta rezervlərini artırırıq, neftin qiymətlərinin ucuzlaşdığı bu ildə neft fondunun ehtiyatları artır, belə ki, biz qənaətlə xərcləyir və yalnız neftdən deyil, digər sahələrdə daha çox gəlir əldə edirik. Ona görə də həm iqtisadi, həm siyasi vəziyyətimizdən razıyıq”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı – 2015-ci ilin yanvar ayının 1-dən fəaliyyət göstərən və Gömrük İttifaqı ilə Vahid iqtisadi məkan bazasında yaradılan beynəlxalq iqtisadi inteqrasiya birliyidir. Hazırda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi İttfaqının üzvləridir.

N.O.

0
7