Tanınmış müğənninin maşını cərimə meydançasında - BORCA GÖRƏ

Tanınmış müğənninin maşını cərimə meydançasında - BORCA GÖRƏ

Müğənni İlahə İbadovanın bahalı avtomobili cərimə meydançasına salınıb. Lent.az-ın avtosfer.az-a istinadən məlumatına görə, iki gün əvvəl xanım müğənninin idarə etdiyi «Dodge Durango» markalı, 90 NM 007 dövlət nömrə nişanlı avtomobili Bakının mərkəzində yol polisi tərəfindən saxlanılıb. 

Məlum olub ki, bu avtomobilə 4 dəfə həbs qoyulub. Onun xeyli ödənilməyən cəriməsi var. Bu səbəbdən də DYP əməkdaşı avtomobili cərimə meydançasına aparıb. Dünən isə müğənni cərimələri ödəyərək avtomobili oradan çıxara bilib. 

Müəyyən edilib ki, xanım müğənni sürət həddini aşmağa meyllidir. Belə ki, onun idarə etdiyi avtomobil oktyabrın 1-dən 15-dək 15 dəfə sürət həddini aşmağa görə radara düşüb. Hazırda İlahə İbadovanın avtomobilinin 150 manat cəriməsi var.

0
15