İlham Əliyev Türkiyənin vurduğu “Su-24”-dən danışdı

İlham Əliyev Türkiyənin vurduğu “Su-24”-dən danışdı

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə tərəfindən Rusiyaya məxsus “Su-24”-ün vurulmasında Moskva və Ankaranın yaxınlaşmasını kənardan narahatlıqla izləyən qüvvələrin təxribatının rol oynadığından əmindir.

“Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasını ədalətin bərpa olması, faciəvi anlaşılmazlığın aradan qaldırılması hesab edirəm. Yəqin ki, səbəblər araşdırılacaq. Bildiyim qədər artıq təhlil edilib. Bizdə olan məlumata görə, Moskva və Ankaranın yaxınlaşmasını kənardan narahatlıqla izləyən qüvvələrin təxribatı rol oynayıb. Mən bu dəyərləndirməni əlimizdə olan müəyyən obyektiv müşahidələrə əsaslanaraq verirəm”, - İlham Əliyev RİA Novosti-yə verdiyi müsahibəsində bildirib.

Oxu.Az xəbər verir ki, İlham Əliyev bunun xarici təxribat ola biləcəyinə dair suala cavab verərkən bunun istisna edilməsinin yolverilməz olduğunu bildirib.

“Hər hada, bu baş verdikdə ağlımıza gələn ilk şey bunun istisna edilməməsi oldu. Çünki bu, qətiyyən, Türkiyənin marağında deyildi. Kiminsə bilərəkdən dostcasına olmayan belə addımı atacağını ehtimal edə bilməzdik”, - o, “Rusiya bu gün” BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə bildirib.

“Aydındır ki, belə faciəvi hadisədən sonra emosiyalar meydana çıxdı, bu səbəbdən nəyin baş verdiyini aydınlaşdırmaq çətinləşdi. Emosiya emosiya doğurdu, bir söz cavab yaratdı və spiral yarandı, bunu dayandırmaq lazım idi. Bu proses dayandırıldı. İndi aydınlaşdırmaq lazımdır. Düşünürəm və mən əminəm ki, burada təxribat olub. Çünki Rusiya-Türkiyə münasibətlərinin ruhu və xarakteri Rusiya aviasiyasının uçuşlarına belə reaksiya ehtimal etmirdi”, - Azərbaycan prezidenti sözlərinə əlavə edib.

N.O.

www.oxu.az

0
5