Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yoluna qaya parçası düşüb.

Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.

Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 6 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.

E.Ə.

0
7