İlham Əliyev: Neft hasilatı üzrə razılaşmaya nəzarət mexanizmi lazımdır

İlham Əliyev: Neft hasilatı üzrə razılaşmaya nəzarət mexanizmi lazımdır

Bakı OPEK və digər neft istehsalı ilə məşğul olan ölkələr arasında neft hasilatı üzrə müqaviləyə nəzarət mexanizminin yaradılmasının tərəfdarıdır.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Neft bazarının əsas sabitləşdirici amili OPEK və quruma üzvü olmayan digər neft hasilatçısı olan ölkələr arasında vahid siyasət haqqında razılaşma ola bilər. Belə ki, hadisələrin inkişafı buna yaxınlaşır. Düşünürəm ki, bu baş verməlidir”, - İlham Əliyev “Rusiya bu gün” BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.

Dövlət başçısının fikrincə, qəbul edilən qərarların yerinə yetirilməsinə nəzarət mexanizminin işləməsi üçün bütün tərəflərin maksimal dərəcədə səmimi və dürüst olmaları vacibdir.

N.O.

www.oxu.az

0
5