Rusiya xarici yükdaşıyıcıları üçün keçid rüsumunu iki dəfə artırıb

Rusiya xarici yükdaşıyıcıları üçün keçid rüsumunu iki dəfə artırıb

“Bu, Baltikyanı ölkələrin addımına cavab tədbiri oldu”.

Rusiya hökuməti xarici daşıyıcılardan ölkə yollarından keçid üçün rüsumu iki dəfə illik 60 mindən 120 min rubla qədər artırdı. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, müvafiq qərar Rusiya Nazirlər Kabinetinin saytında dərc edilib. 

Gündəlik ödənişin həcmi 385-dən 850 rubla qədər (6-dan 19 dollara qədər) artıb. Bu rüsumlar avtomobil yükqaldırma qabiliyyəti 3,5-dən 12 tona qədər olan avtomobillərə şamil ediləcək. 

Nazirlər Kabineti, həmçinin rüsum ödəməli olan dövlətlərin siyahısını da genişləndirib, bura Latviya və Litva da daxil olub. Sənədə izahatda bunun Baltikyanı ölkələrin addımına cavab tədbiri olduğu bildirilir.

Hökumətdən bildiriblər ki, yeni qaydalar Federal Yol Fondunun gəlirini artırmağa imkan verəcək. 

0
31