SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq

SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmdar cəmiyyət formasında fəaliyyət göstərən bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu açıqlama ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır:

“Yəqin ki, gəlirlə işləyən müəssisələri seçəcəyik ki, həmin səhmlər vətəndaşlarımız üçün maraqlı olsun”.

R.Abdullayev onu da vurğulayıb ki, SOCAR-ın özünün ilkin səhm bazarına (İPO) çıxmaq planı yoxdur.

Şirkət prezidenti, həmçinin qeyd edib ki, xarici borc bazarına çıxılması, bond buraxılması da gündəmdə deyil:

“SOCAR istiqrazlarının buraxılmasında məqsəd xarici investorlara ödədiyimiz faizləri daxili investorlara yönəltməkdir. Xarici bazardan vəsait cəlb etsək, uzunmüddətli cəlb etməliyik, bu cür borclanma bizə uzunmüddətli layihələr üçün lazımdır. Hələ ki, belə bir plan yoxdur”.

E.Ə.

0
8