Respublikanın avtomobil yollarında son vəziyyət

Respublikanın avtomobil yollarında son vəziyyət

“Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər hansı bir problem müşahidə olunmur”.

Oxu.Az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur:

“Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şosesindən başqa heç bir yolda su basma ilə bağlı problem yoxdur.

Nəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub. Binəqədi şosesində isə yaxınlıqda olan bir neçə açıq su kanallarının daşması nəticəsində yola su dolub. Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır”.

E.Ə.

0
6