Mosulu milyona yaxın insan tərk edə bilər

Mosulu milyona yaxın insan tərk edə bilər

Döyüşlər gərginləşdiyi üçün milyona yaxın insan Mosul və şəhərətrafı ərazini tərk edə bilər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının bazar ertəsi yayılmış birgə bəyanatında bildirilib.

“Milyona yaxın insan Mosulu və şəhərətrafı ərazidən köçmək məcburiyyətində qala bilər”, - humanitar təşkilatlar qeyd ediblər, bununla yanaşı, onlar yaxın günlərdə və həftələrdə ehtiyacı olanlara yardım etməyə hazır olduqlarını da bildiriblər.

Mosulda və şəhərətrafı ərazidə döyüşlərin güclənməsi ilə əlaqədar onlar bu döyüşlərə cəlb olunmuş bütün tərəfləri mülki şəxslərə və infrastruktura zərər vurmaqdan qaçınmağa çağırır.

Onların fikrincə, səhiyyə obyektləri və tibbi personalın təhlükəsizliyi çox önəmlidir.

N.O.

0
9