Cənub bölgəsinə ilk qar yağdı – FOTO

Cənub bölgəsinə ilk qar yağdı – FOTO

Cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.

Oxu.Az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-ə yaxın yaşayış məntəqəsini əhatə edib. 8-10 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.

Qar, həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 7-10 sm təşkil edir.

Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb.

E.Ə.

0
7