Türkiyədə polislər atəşə tutuldu: 3 yaralı

Türkiyədə polislər atəşə tutuldu: 3 yaralı

Türkiyənin Mersin vilayətində kimlik yoxlayan polislər atəşə tutulub.

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə nəticəsində 2-i polis olmaqla 3 nəfər yaralanıb. Əldə edilən məlumata görə, terror təşkilatına aid əşyaların olduğu avtomobilin nömrəsi və hərəkət istiqaməti polisə bildirilib. Məlumatı alan polis həmin avtomobili saxlayıb. Bu zaman maşında olanlar polislərə atəş açmağa başlayıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Silahlı şəxslər isə hadisə yerindən qaça bilib. Əraziyə çox sayda polis cəlb edilib. Silahlıların yaxalanması istiqamətində əməliyyatlar davam edir.

0
6