Xəstəxanada yanğın: 22 ölü

Xəstəxanada yanğın: 22 ölü

Hindistanın şərqində xəstəxanada güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 22 nəfər ölüb.

İnsident Odişa ştatının Bhubaneşvar şəhərində qeydə alınıb. Yerli hökumət nümayəndələri ölənlərin sayının artacağını istisna etmirlər.

Yanğının səbəbləri araşdırılır.

0
14