Qax ağ örpəyə büründü – FOTO

Qax ağ örpəyə büründü  – FOTO

Bugün günorta saatlarından başlayaraq Qax rayonu ərazisinə ilk qar yağıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, qar rayonun dəniz səviyyəsindən 1 800 metr yüksəlikdə yerləşən Sarıbaş və dəniz səviyyəsindən 1356 metr yüksəklikdə yerləşən İlisu kəndləri ərazisinə yağıb.

Rayonun Sarıbaş kəndinin ərazisinə 7 santimetr, İlisu kəndinə isə 5 santimetr qar yağıb.

Qeyd edək ki, qışı rütubətli keçən soyuq iqlim tipinin hakim olduğu İlisu kəndində orta illik temperatur +2, +6 C° arasında dəyişir. Yağıntıların əsas hissəsi aprel-sentyabr ayları arası düşür. İllik yağıntının miqdarı 1200-1400 millimetr, qarla örtülü günlərin sayı isə 120-160 gündür.

S.B.

0
14