Çarşabda yaxalanan "terrorçu":"Qayınatamın qorxusundan..."

Çarşabda yaxalanan "terrorçu":"Qayınatamın qorxusundan..."

Qayınatasının qorxusundan nişanlısı ilə görüşə qara çarşabda gedən gənc polis tərəfindən terrorçu şübhəsi ilə yaxalanıb. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu kuryoz hadisə Adana şəhərində baş verib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə,  Adanada şübhəli hərəkətləri ilə diqqət çəkən çarşablı şəxsin 22 yaşlı şəhər sakini olduğu ortaya çıxıb.

22 yaşlı C.Ç nişanlısı ilə görüşlərini qadağan edən qayınatasının qorxusundan görüşə gedəndə belə geyinməli olduğunu deyib: “Nişanlım  gözəllik salonunda çalışır. Qayınatam evlənmədən əvvəl görüşməyimizə icazə vermədiyi üçün bayırda da görüşə bilmirdik. Gözəllik salonuna da kişiləri buraxmırlar. Mən də çarşab geyinib qadın paltarında salona girməyə qərar verdim. Onu çox sevdiyim üçün belə etdim, terrorla heç bir əlaqəm yoxdur”.

22 yaşlı C.Ç-nın nişanlısı B.K da ifadəsində eyni sözləri deyib.

İstintaq davam etdirilir.

0
7