“Təfəkkür” Universitetinin rektoru vəzifəsindən gedib

“Təfəkkür” Universitetinin rektoru vəzifəsindən gedib

“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.

Oxu.Az xəbər verir ki, Universitetdən APA-ya verilən xəbərə görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib.

N.O.

0
10