Prezident: Azərbaycan bütün dünyaya sübut edib ki, müstəqil həyatı uğurla yaşaya bilər

Prezident: Azərbaycan bütün dünyaya sübut edib ki, müstəqil həyatı uğurla yaşaya bilər

“25 il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda deyib.

Dövlət başçısı qeyd edib ki, gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur: “Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.

Ölkə başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: “Yaşasın müstəqil Azərbyacan Respublikası!”.

N.O.

0
7