“Taliban” yaraqlıları Əfqanıstanın vitse-prezidentini yaralayıblar

“Taliban” yaraqlıları Əfqanıstanın vitse-prezidentini yaralayıblar

Əfqanıstan prezidentinin birinci müavini general Rəşid Dustum “Taliban” hərəkatının yaraqlıları tərəfindən yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Khaama Press” məlumat yayıb.

Dustum ölkənin şimali-qərbində Faryab əyalətinin Qormaç rayonunda hücuma məruz qalıb. Əfqanıstanın baş naziri Abdulla Abdulla vitse-prezidentin yüngül yaralandığını və onun səhhəti üçün təhlükə olmadığını bildirib.

Türkiyənin Anadolu agentliyi avtomobil karvanına hücum nəticəsində mühafizə xidmətinin 15 əməkdaşının öldüyü və 20 əməkdaşın yaralandığı barədə məlumat yayıb.


N.O.

www.oxu.az

0
5