SOCAR “Petkim”dəki payının daha bir hissəsini satıb

SOCAR “Petkim”dəki payının daha bir hissəsini satıb

“SOCAR Türkiye Enerji” “Petkim Petrokimya Holding A.Ş.”-dəki ümumi dəyəri 152 mln. lirə olan payını satıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, birjada satılan səhmlərin nominal dəyəri 4,35 lirə, səhmlərin sayı isə 35 mln. ədəddir.

“Bununla da “SOCAR Türkiye Enerji” nin payını 54,65%-dən 53,32%-dək azalıb. “SOCAR Türkey Petrokimya A.Ş.”-nin “Petkim”də sahibi olduğu 51%-lik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 3,65%-dən 1,32%-ə düşüb”, - deyə şirkətin açıqlamasında deyilir.

A.M.

0
8