Netrebko, Eyvazov və Əzizovun iştirakı ilə Böyük teatrda premyera

Netrebko, Eyvazov və Əzizovun iştirakı ilə Böyük teatrda premyera

Oktyabrın 16-da Rusiyanın Böyük teatrının səhnəsində Cakomo Puççininin “Manon Lesko” operasının unikal premyerası olub.

Oxu.Az xəbər verir ki, əsas partiyanı dünya operasının rusiyalı ulduzu Anna Netrebko ifa edib. Onun tərəf müqabilləri isə azərbaycanlı həyat yoldaşı, tenor Yusof Eyvazov və bariotn Elçin Əzizov olub.

Tamaşanın rejissoru Adolf Şapiro, dirijor isə Yader Benyamindir.

Tamaşaçılar hərarətli alqışlarla solistləri uzun müddət səhnədən enməyə qoymayıblar.

Bu, “Manon Lesko” operasının Böyük teatrda ilk quruluşu, eləcə də Anna Netrebkonun Rusiyanın əsas teatrında debütu idi. Belə gözəl operada iki həmyerlimizin çıxış etməsi isə sevindirici haldır.

Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə premyera tamaşaları 19 və 22 oktyabrda baş tutacaq.

A.S.

0
9