Bakının bəzi küçələrində kanalizasiya sisteminin daşmasının səbəbləri açıqlandı

Bakının bəzi küçələrində kanalizasiya sisteminin daşmasının səbəbləri açıqlandı

“Bakıda yağan intensiv yağışın fəsadlarının aradan qaldırılması üçün operativ işlər görülür”.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda “Azərsu”nun, Fövqəladə Hallar Nazirliyinin və “Azəravtoyol”un rəsmiləri fəsadların baş verdiyi ərazilərdədirlər:

“İntensiv yağışlar nəticəsində müəyyən küçələrdə, xüsusən də Biləcəri qəsəbəsinin bəzi hissələrində, Ziya Bünyadov prospektində, Yeni Yasamaldakı küçələrdə su yığılmaları müşahidə olunur. Yağıntılar intensiv olduqda kanalizasiya şəbəkələri artıq suyu axıda bilmir və kənarda su gölməçələri yaranır. “Azərsu”nun xüsusi texnikaları və FHN-in yanğınsöndürənləri fəsadları aradan qaldırmağa çalışır”.

A.Cəbrayıllı Bakının bəzi yerlərində kanalizasiya lyuklarının fontan vurmasına da münasibət bildirib. O deyib ki, küçələrdəki çirkab suları və digər tullantılar birbaşa kanalizaya şəbəkəsinə axıdılır:

“Bununla da şəbəkə intensiv yağışlar zamanı tam yüklənir. Haradakı aşağı çökək nöqtələr varsa, su ora yığılır və şəbəkə tam gücü ilə işləsə belə, çatdıra bilmir. Ona görə də qapaqlar kənara atılır. Belə hallar Biləcəri qəsəbəsində, Ziya Bünyadov prospektində və bir neçə ünvanda qeydə alınıb. Bu da xəttin tutulması ilə bağlı deyil. Sadəcə, sistem dolur və təzyiqdən qapaq atır”.

E.Ə.

0
10