Bakıda 39 yaşlı qadın intihar etdi

Bakıda 39 yaşlı qadın intihar etdi

Qadının ailə üzvləri dindirilib.

Bakıda 39 yaşlı qadın intihar edib. 

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə ötən gecə Xəzər rayonu Binə qəsəbəsindəki “Südçülük Sovxozu” adlandırılan ərazidə qeydə alınıb.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, 1977-ci təvəllüdlü Umudova Kəmalə yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə gələn 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Qadının ailə üzvləri dindirilib. Daha sonra meyit müayinə üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının morquna aparılıb.

Qadının intihar etməsinin səbəbi hələlik məluk deyil, polis bu istiqamətdə araşdırmalarını davam etdirir. 

0
14