Aygündən Rəqsanə barədə qalmaqallı açıqlama

Aygündən Rəqsanə barədə qalmaqallı açıqlama

Xalq artisti Aygün Kazımova telefonla “10-dan sonra” verilişinin canlı efirinə qoşulub.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Rəqsanə İsmayılovanın sponsorlarla bağlı verdiyi qalmaqallı açıqlamasına münasibət bildirib.

Xalq artisti həmkarını hər kəsin əməyini alçatmaqda günahlandırıb:

“Rəqsanə çıxıb efirdən bir kəlmə söz dedi, hamımızı yerə vurdu. Belə danışmaq olmaz. Rəqsanə əgər səndə belədirsə, o demək deyil ki, hamımızda belədir. Hər kəs öz arşınına görə yozur, amma başqalarına, təbii ki təhqir olur, əməyini, zəhmətini alçaldır”.

Xatırladaq ki, R.İsmayılova bir müddət əvvəl qalmaqallı açıqlama vermişdi. Sənətçi müğənniləri sponsorları ilə münasibətdə olduqlarını iddia etmişdi.

A.S.

0
7