Yaponiya Kurilin müştərək idarə edilməsindən imtina etdi

Yaponiya Kurilin müştərək idarə edilməsindən imtina etdi

Yaponiya hakimiyyəti Rusiya ilə Cənubi Kurilin müştərək idarə edilməsi məsələsini müzakirə etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters-ə XİN-in nümayəndəsi Yasuhis Kavamura bildirib.

Onun sözlərinə görə, Tokionun ərazi mübahisəsindəki mövqeyi dəyişməz qalır.

“Yaponiya Rusiya ilə sülh müqaviləsini dörd adaya sahibolma məsələsi həll edildikdən sonra bağlayacaq”, - o qeyd edib.

Daha öncə “Nikkei” qəzetinə istinadən agentlik, Yaponiyanın Rusiyaya Cənubi Kurili müştərək idarə etmək barədə təklif verəcəyi, bununla da 70 ilə yaxın sürən ərazi mübahisəsinin həll ediləcəyi barədə məlumat yaymışdı.

Qeyd edilib ki, Tokio Kunaşir, İturup, Habomai və Şikotanın idarəedilməsi üzrə bir neçə variantı nəzərdən keçirir. Baş nazir Sindzo Abenin bu məsələni Rusiya prezidenti Vladimir Putin ilə dekabrın 15-də Yamaquti prefekturasında keçiriləcək görüşdə qaldıracağı ehtimal edilir.

N.O.

www.oxu.az

0
8