Bakıda yataqxanada qadını çəkiclə vurublar

Bakıda yataqxanada qadını çəkiclə vurublar

Bakıda 2 nömrəli Bakı Baza Tibb Kollecinin yataqxanasında müvəqqəti yaşayan məcburi köçkün dava zamanı başından ağır xəsarət alıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında yerləşən yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün düşən 1977-ci il təvvəllüdlü Babayeva Sənubər Tapdıq qızı ilə qonşusu arasında mübahisə düşüb. Nəticədə qonşu S.Babayevanın başından çəkiclə zərbə endirib.

S.Babayeva açıq kəllə-beyin travması ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Həkimlərin verdiyi məlumata görə, S.Babayevanın vəziyyəti orta ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

N.O.

0
7