Sabah İranın hərbi gəmiləri Bakıya gələcək

Sabah İranın hərbi gəmiləri Bakıya gələcək

Oktyabrın 18-də İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi “Dəmavənd” və “Cövşən” gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılıb.

Oxu.Az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.

Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər oktyabrın 21-dək davam edəcək.

A.M.

0
4