Soyuq havada qazın təzyiqi niyə artırılmır? – AÇIQLAMA

Soyuq havada qazın təzyiqi niyə artırılmır? – AÇIQLAMA

Artıq bir neçə gündür ki, Azərbaycanda havalar kəskin soyuyub. Havaların qəfil dəyişməsi mənzillərdə istiliyə olan tələbatı artırıb. Ancaq paytaxtda mənzillərə qazın az təzyiqdə verilməsi, bir neçə ərazidə isə gün ərzində kəsilməsi kimi problemlər yaşanmaqdadır. Problemlə bağlı insanlar sosial şəbəkədə narazılığını bildirir.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, təmsil etdiyi qurumda qış, ya da yay rejiminə keçid məsələsi yoxdur:

“Əhali ilin bütün fəsillərində tələbata uyğun olaraq mavi yanacaqla təmin olunur. Qış fəslində qazanxanalar işə salınan vaxtlarda təbii qazın təzyiqinin artırılması tələb edilir. Həmin zaman da qazanxanalara verilən mavi yanacağın təzyiqi artırılır.

Hazırda temperaturun qəfil düşməsi nəticəsində bəzi ərazilərdə qazın təzyiqində azalmalar baş verib. Hansı ərazilərdə bu problemlər yaşanırsa, “Azəriqaz” əməkdaşları orada tənzimləmə işlərini həyata keçirir və problem aradan qaldırılır”.

A.M.

0
8