Çində bina partladı: 2 ölü, 15 yaralı

Çində bina partladı: 2 ölü, 15 yaralı

Çinin Yunyan əyalətində yerləşən tikililərin birində baş verən partlayışlar nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bir-birinin ardınca baş verən ən azı iki partlayış 4 mərtəbəli tikilidə qeydə alınıb.

Partlayışların gücündən yaxınlığdakı yaşayış evləri və ticarət obyektlərinə ciddi ziyan dəyib. Polis terror aktı versiyasını istisna edib. Çin rəsmiləri partlayışların səbəblərini araşdırır.

0
11